• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

10 manata şirkət yaradıb, dövlətin 450 minlik tenderini UDDU

CƏMİYYƏT

01 Dekabr 2022 | 12:50

10 manata şirkət yaradıb, dövlətin 450 minlik tenderini UDDU

Sabirabad rayon İcra Hakimiyyətinin başçısının Sabirabad şəhər nümayəndəliyi Sabirabad şəhərində yaşayış binalarının əsaslı təmiri ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi "MM İNŞAAT GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Qalibə 45 min 968 manat ödənəcək.

Tenderin şərtlərinə görə, H.Əliyev prospekti, 20 Yanvar və A.Məmmədov küçəsilərində yerləşən bəzi yaşayış binaları təmir olunacaq.

10 manat nizamnamə kapitalı olan bu şirkətin qanuni təmsilçisi Ağayev Mirkamal Əhməd oğludur.

"MM İNŞAAT GROUP" bu dövlət satınalmaları ilə bağlı bu il keçirilən 12 müsabiqədə iştirak edərək ümumilikdə 452 min manat əldə edib.

Ramid İbrahimov


SON XƏBƏRLƏR