• Bakı 12° C

    11.39 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Aİ Azərbaycanı Avropaya bağlayacaq yaşıl enerji layihəsini prioritet elan edib

İQTİSADİYYAT

02 Dekabr 2025 | 11:31

Aİ Azərbaycanı Avropaya bağlayacaq yaşıl enerji layihəsini prioritet elan edib

Avropa İttifaqı (Aİ) Azərbaycanı Avropaya birləşdirəcək “Qara dəniz Interkonnektor Kabeli” layihəsini ümumi maraq doğuran layihə (PCI – Projects of Common Interest) və qarşılıqlı maraq layihəsi (PMI – Projects of Mutual Interest) siyahısına daxil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasından bildirilib.

Məlumata görə, Komissiya transmilli enerji infrastrukturunun inkişafı məqsədilə 235 layihəyə PCI və PMI statusu verib. Həmin layihələr Aİ-nin “Connecting Europe Facility” (Avropanı Birləşdirən Mexanizm) çərçivəsində maliyyələşmə üçün müraciət edə biləcək və icazə-tənzimləmə proseslərinin sürətləndirilməsi kimi üstünlüklərdən yararlanacaq.

Siyahıya daxil edilən Qara dəniz kabeli layihəsi 17 dekabr 2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış strateji əməkdaşlıq sazişinə əsaslanır. Layihə Azərbaycan və Gürcüstanda istehsal olunan yaşıl enerjinin 1 195 kilometr uzunluğunda, 1 000 MVt gücündə dənizaltı kabel vasitəsilə Rumıniyaya, buradan isə Macarıstan və digər Avropa ölkələrinə ötürülməsini nəzərdə tutur. Bolqarıstan da layihəyə qoşulmaqda maraqlı olduğunu açıqlayıb.

2024-cü ilin sentyabrında Rumıniyanın “Transelectrica”, Gürcüstanın “Georgian State Electrosystem”, Azərbaycanın “AzərEnerji” və Macarıstanın MVM şirkətləri Qara dəniz altında kabelin quraşdırılması üçün birgə şirkət yaradıblar. Bu addım layihənin texniki və maliyyə baxımından reallaşdırılmasına doğru mühüm mərhələ hesab olunur.

Aİ Komissiyası bildirir ki, PCI və PMI statusu layihənin icrasını sürətləndirəcək və Avropanın Qafqaz regionundan bərpaolunan enerji idxalını genişləndirəcək.

APA


SON XƏBƏRLƏR

01 Dekabr 2025