Beş alman alpinist İtaliyanın şimalındakı Trentino-Cənubi Tirol bölgəsində qar uçqunu nəticəsində həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bild” qəzeti İtaliya dağ xilasetmə xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, alpinistlər noyabrın 1-də 3545 metr hündürlüyündəki Vertainspitze dağının şimal tərəfinə dırmanarkən qar uçqununa düşüb.
Alpistinistlərdən üçünün ötən gün, ikisinin meyiti isə bu gün tapılıb.
Bakı 


