• Bakı 19° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycan futbolunda qol yağışı: Son 21 mövsümün rekordu təzələndi

İDMAN

07 Sentyabr 2026 | 13:49 | Müəllif: Əli Hüseynov

Azərbaycan futbolunda qol yağışı: Son 21 mövsümün rekordu təzələndi

Misli Premyer Liqasının IV turu əsl qol yağışı ilə yadda qalıb və keçirilən 6 qarşılaşmada ümumilikdə 26 dəfə fərqlənən komandalar yeni rekorda imza atıblar.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, hesabat turunda azarkeşlər hər oyuna orta hesabla 4.33 qolun şahidi olublar.

Tur çərçivəsində baş tutan "Sabah" - "Zirə" (5:0), "Kəpəz" - "Şamaxı" (1:4), "Neftçi" - "Şəfa" (4:1) və "Qarabağ" - "Araz-Naxçıvan" (3:2) matçlarının hərəsində qapılara 5 dəfə yol tapılıb. "Qəbələ" - "İmişli" və "Turan Tovuz" - "Sumqayıt" (hər ikisi 2:1) görüşlərində isə qapılara 3 top vurulub. Bu göstərici təkcə cari çempionatın deyil, bütövlükdə son 6 mövsümün mütləq rekordudur.

Xatırladaq ki, bundan daha yüksək orta məhsuldarlıq sonuncu dəfə 2020/2021 mövsümünə təsadüf edib. Belə ki, 2020-ci il noyabrın 21-23-də baş tutan X turun 4 qarşılaşmasında ümumilikdə 19 qol vurulmuş və orta göstərici 4.75 təşkil etmişdi.

Diqqətçəkən digər məqam isə ümumi qol sayında bu nəticənin son 21 mövsümün rekordu olmasıdır. Tarixə nəzər salsaq, 2005/2006 mövsümünün XXVI turunda qapılardan 27 top keçib və 2006-cı il mayın 29-30-da oynanılan 7 görüşdə orta göstərici 3.86-ya bərabər olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026