• Bakı 26° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Trampa minnətdarıq"

SİYASƏT

19 Iyul 2025 | 20:45

Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Trampa minnətdarıq

Azərbaycan və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ABŞ Prezidenti Donald Trampa çox minnətdarıq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşündə bildirib.

Dövlət başçısı qeyd edib: “Onun (ABŞ Prezidenti - red.) beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də özünün diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir çox səbəbdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, Vaşinqton bataqlığına gəldikdə, onu dibinə qədər qurutsun”.


SON XƏBƏRLƏR

19 Iyul 2025