• Bakı 29° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Çimərliklərdə bu nəqliyyat vasitələrini sürmək - QADAĞANDIR + FOTOLAR

CƏMİYYƏT

20 Iyul 2025 | 12:33

Çimərliklərdə bu nəqliyyat vasitələrini sürmək - QADAĞANDIR + FOTOLAR

“Çimərliklərdə moped, motosiklet, kvadrovelosiped və at sürmək qadağandır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bu cür nəqliyyat vasitələrinin və heyvanların insanların sıx olduğu istirahət zonalarında hərəkəti qanunla qadağandır:

“Çünki belə hallarda uşaqların, yaşlıların və digər istirahət edən şəxslərin həyat və sağlamlığı ciddi təhlükə altına düşür.

Çimərliklərdə məsuliyyətsiz davranış faciəyə səbəb ola bilər. Düşünün ki, ehtiyatsızlıqla bir uşağa zərər yetirsəniz, bunun mənəvi ağırlığını bir ömür boyu daşımalı olacaqsınız. İctimai asayişə və təhlükəsizliyə hər kəs məsuliyyətlə yanaşmalıdır. Unutmayaq ki, çimərlik istirahət üçündür, riskli hərəkətlər üçün deyil”.

Qeyd edək ki, ölkə ərazisində davam edən isti hava şəraiti ilə əlaqədar insanların istirahət mərkəzlərinə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir.

Tədbirlər çərçivəsində polis əməkdaşları sürücülərlə profilaktik söhbətlər apararaq sürət həddinə əməl olunmasının və sərxoş vəziyyətdə avtomobil idarə edilməsinin yolverilməzliyi barədə məlumat verirlər.

Eyni zamanda, çimərlik ərazisində asayişin qorunması və ictimai qaydanın təmin olunması məqsədilə vətəndaşlarla maarifləndirici söhbətlər aparılır.


SON XƏBƏRLƏR

19 Iyul 2025