• Bakı 28° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb

DÜNYA

19 Iyul 2025 | 23:15

Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb

Dağıstanın Qunibski rayonunda yol qəzası nəticəsində 18-i uşaq olmaqla 21 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, biri uşaq olmaqla 3 nəfər ağır yaralanıb. Xəsarət alanların hamısına tibbi yardım göstərilir, onlar Günib Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralıların tibbi helikopterlə Mahaçqaladakı xəstəxanalara çatdırılması təşkil edilir. Onların müalicəsi Dağıstanın səhiyyə naziri Yaroslav Qlazovun nəzarətindədir. Qəza ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.


SON XƏBƏRLƏR

19 Iyul 2025