• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

ƏƏSMN: Sosial rifahın təminatı istiqamətində növbəti mühüm addımlar atılacaq

İQTİSADİYYAT

08 Oktyabr 2026 | 17:07 | Müəllif: Əli Hüseynov

ƏƏSMN: Sosial rifahın təminatı istiqamətində növbəti mühüm addımlar atılacaq

Son 7 ildə ölkəmizdə icra olunan 5 sosial islahat paketinin uğurlu nəticələrinə nəzər saldıqda əməkhaqqı, pensiya, müavinət və təqaüdlər üzrə ödənişlərdə dəfələrlə artımlar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, 2018-2026-cı illərdə minimum və orta aylıq pensiyada 2,9 dəfə, minimum əməkhaqqında 3,1 dəfə, orta aylıq əməkhaqqında 2,2 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta məbləğində isə 2,5 dəfə artım baş verib.

    Pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım üzrə aylıq sosial ödənişlərin əhatə dairəsi 2,2 milyon nəfəri əhatə edir, məbləği isə 900 milyon manata çatıb.

    Dövlət başçısının Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı gələn il də minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılacağını elan etməsi bu ödənişlərdəki artımların davamlı xarakter aldığını, sosial rifahın təmin edilməsi istiqamətində qarşıdakı dövrdə də mühüm addımların atılacağını bir daha təsdiq edir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Noyabr 2026