• Bakı C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Ekstremal hava hadisələri bu qədər ziyana səbəb oldu

DÜNYA

11 Noyabr 2024 | 15:40

Ekstremal hava hadisələri bu qədər ziyana səbəb oldu

İqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava hadisələri 2014-2023-cü illər arasında qlobal iqtisadiyyata 2 trilyon dollardan çox zərər vurub.

Bakivaxti.az xəbər verir ki, bu barədə Beynəlxalq Ticarət Palatasının (ICC) hazırladığı hesabatda məlumat verilib.

Hesabatda 2014-2023-cü illər arasında baş verən şiddətli yağış, sel və torpaq sürüşməsi kimi 4 mindən çox ekstremal hava hadisəsi araşdırılıb.

Hesabata görə, bu müddət ərzində ekstremal hava hadisələri dünyaya 2 trilyon dollardan çox, təkcə son iki ildə qlobal iqtisadiyyata 451 milyard dollar ziyan vurub.

Bu dövrdə təxminən 935 milyard dollarla ən böyük iqtisadi itkiyə məruz qalan ölkə ABŞ olub. Onu 268 milyard dollarla Çin və 112 milyard dollarla Hindistan izləyir.

Yaponiya, Almaniya, Avstraliya, Fransa və Braziliya kimi ölkələr də ən çox iqtisadi itkiyə məruz qalan ilk 10 ölkə sırasında yer alıb.

2014-2023-cü illərdə baş verən ekstremal hava hadisələrindən təxminən 1,6 milyard insan zərər çəkib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

02 Dekabr 2024