• Bakı 13° C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Əli Kərimli təkadamlıq kamerada saxlanılır

CƏMİYYƏT

02 Dekabr 2025 | 10:58

Əli Kərimli təkadamlıq kamerada saxlanılır

Barəsində 2 ay 15 gün həbs-qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib.

Bakıvaxtı.az gununsesi.info-a istinadən xəbər verir ki, həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına yerləşdirilib.

Məlumatda Əli Kərimlinin təkadamlıq kamerada yerləşdirildiyi məlum olub.

Bu arada AXCP sədrinin vəkili Aqil Layıc müvəkkilinə qarşı müstəntiq və əməliyyatçıların nəzakətsiz davranışlarını hiss etmədiklərini deyib.

Xatırladaq ki, Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.


SON XƏBƏRLƏR

01 Dekabr 2025