• Bakı 11° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Ermənistanda tələbələri daşıyan avtobus aşdı: 30 yaralı - YENİLƏNİB

DÜNYA

02 Noyabr 2025 | 21:31

Ermənistanda tələbələri daşıyan avtobus aşdı: 30 yaralı - YENİLƏNİB

Ermənistanın şimal-şərqindəki Tavuş vilayətində sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların sayı 30-a çatıb.

Bakıvaxtı.az yerli mediaya istinadən xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Altı yaralının İrəvana aparılacağı bildirilir; yaralılardan birinin vəziyyəti sabit ağırdır və əməliyyat olunub.

Qeyd edək ki, qəza Aqartsin monastır kompleksinin yaxınlığında qeydə alınıb. İrəvan Dillər Universitetinin tələbələrini daşıyan avtobus naməlum səbəbdən yoldan çıxaraq dərəyə aşıb.

Hadisə yerinə fövqəladə yardım xidmətləri göndərilib, hadisənin səbəbləri araşdırılır.

 

18:01

Ermənistanda Aqartsin monastırı yaxınlığında tələbələrin olduğu sərnişin avtobusu aşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 18 nəfər yaralanıb.

“Bir nəfərin vəziyyəti ağırdır, hazırda əməliyyat olunur. Qalan 17 nəfərin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Yaralılar Tavuş Regional Tibb Mərkəzinə yerləşdirilib”, - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

02 Noyabr 2025
01 Noyabr 2025