• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Ermənistanın təqdim etdiyi 50 itkin şəxsin DNT profili qalıqlarla uyğun gəlməyib

CƏMİYYƏT

07 Oktyabr 2026 | 10:31 | Müəllif: Əli Hüseynov

Ermənistanın təqdim etdiyi 50 itkin şəxsin DNT profili qalıqlarla uyğun gəlməyib

Azərbaycan azad edilmiş ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aid olduğu ehtimal edilən insan qalıqlarının eyniləşdirilməsi üçün Ermənistan tərəfinə müvafiq DNT nümunələrinin təqdim olunmasını təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakıda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.

    Komissiya sədri bildirib ki, Ermənistanın 2026-cı ilin yanvarında təqdim etdiyi, itkin düşdüyü bildirilən 50 erməni əsilli şəxsin DNT profilləri ilə aşkarlanmış qalıqlar arasında aparılan ekspertizalar zamanı uyğunluq müəyyən edilməyib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Noyabr 2026