• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

"Əsrarəngiz Azərbaycan"ı tanıdan türkiyəli aparıcı: "Bura bizim Vətənimizdir"

MEDİA

07 Yanvar 2023 | 13:57

Əsrarəngiz Azərbaycanı tanıdan türkiyəli aparıcı: Bura bizim Vətənimizdir

Türkiyənin məşhur televiziyalarından olan NTV kanalı Azərbaycanın mədəni irsini, tarixini, dünənini və bu gününü özündə əks etdirən maraqlı veriliş hazırlayıb. Bir ay ərzində ərsəyə gələn “Əsrarəngiz Azərbaycan” verilişi artıq izləyicilərə təqdim olunub. 

Bakıvaxtı.az xəbər verir ki, layihənin rəhbəri və aparıcısı Esra Gezginci Azərbaycana həsr olunan verilişlə bağlı təəssüratlarını modern.az-la bölüşüb. O, Türkiyədən kənarda ilk çəkilişinin Azərbaycanda olmasından məmnunluğunu ifadə edib.

"Biz NTV kanalında “Əsrarəngiz İstanbul” proqramı üzərində çalışırıq. Onunla bərabər xaricdə də veriliş hazırlamaq niyyətindəydim. Bu barədə düşünərkən ağlıma ilk olaraq Azərbaycan gəldi. Bununla bağlı özümdə məsuliyyət hiss edirdim ki, qardaş ölkəni çəkmədən başqa ölkəni çəkib tanıda bilmərəm. Ona görə də Azərbaycandan başlamaq istədim. Azərbaycanla bağlı ümumilikdə 10 veriliş çəkmişik. Deyə bilərik ki, bu veriliş Bakıdan Türk dünyasının paytaxtı Şuşaya qədər uzanan gözəl bir səyahəti özündə əks etdirir. İşğaldan azad edilmiş ərazilərdə çəkiliş etmək bizim üçün qürurverici idi. Şuşa, Füzuli, Ağdam, Hadrut və Cəbrayılda çətin şərtlər altında çəkilişlər etdik. Qarabağda olarkən mənə ən çox təsir edən Füzuli və Ağdamın hazırki vəziyyəti oldu. Amma ora baxan zaman minalardan təmizlənmiş vəziyyətini xəyal edərkən çox ümid dolu idim.  

Düşünürəm ki, əsrarəngiz Azərbaycanın mədəniyyətini, tarixini bu qədər dərin göstərən proqram olmayıb”.

 Esra Gezginci Azərbaycanın dünyada tanıdılmasının vacibliyini vurğulayıb:

“Türkiyə və Azərbaycan arasında əlaqələr bizim üçün vacibdir. Mən indiyə qədər Türkiyənin gözəl yerlərini tanıtmışam, indi isə Azərbaycanın tanıdılmasına töhfə vermək istəyirəm. Bizdən bir parça olan Azərbaycanı öz Vətənimiz olaraq görürük. Bu səbəbdən Türkiyənin xaricində Vətən hesab etdiyimiz yerdə çəkiliş etmək istəyirdik.

Biz millət olaraq uzun müddət ayrı qalsaq da, qardaş olduğumuzu bilirik. Necə ki Qarabağ müharibəsində Azərbaycanın haqlı davasında yanında olduq, media olaraq da Azərbaycanın yanındayıq


SON XƏBƏRLƏR