• Bakı 17° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

FHN: Ötən gün 23 yanğına çağırış olub, 7 nəfər xilas edilib

CƏMİYYƏT

13 May 2021 | 13:26

FHN: Ötən gün 23 yanğına çağırış olub, 7 nəfər xilas edilib

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bakivaxti.az FHN-in saytına istinadən verdiyi məlumata görə,“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 nəfərin özünü dənizə atması faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 7 nəfər, o cümlədən Dənizkənarı Milli Parkda özünü dənizə atan şəxs xilas edilib.


SON XƏBƏRLƏR

24 Aprel 2024