• Bakı 16° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

FIBA ÇL: "Sabah" Fransa klubu ilə üz-üzə gələcək

İDMAN

12 Noyabr 2025 | 10:16

FIBA ÇL: Sabah Fransa klubu ilə üz-üzə gələcək

"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi "Elan Şalon"la üz-üzə gələcək.

B qrupunun matçı Milli Gimnastika Arenasında saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Bakı klubu daha əvvəl bu rəqibinə 71:84 hesabı ilə uduzub. "Sabah" həmçinin Çexiyanın "Nimburk" (65:93) və Almaniyanın "Alba" (76:85) komandalarına da məğlub olub.


SON XƏBƏRLƏR

11 Noyabr 2025