• Bakı 16° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

"Funq Vonq" qasırğası Yaponiyaya yaxınlaşır

CƏMİYYƏT

12 Noyabr 2025 | 10:06

Funq Vonq qasırğası Yaponiyaya yaxınlaşır

Filippində böyük fəsadlar törətmiş "Funq Vonq" qasırğası istiqamətini dəyişərək Yaponiyanın cənubundakı Okinava adasına doğru irəliləyir.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Filippin Meteorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, qasırğanın mərkəzində təzyiq 994 hektopaskal təşkil edir. Küləyin sürəti saniyədə 35 metrə çatır.

Siklonun şərq sahili ilə hərəkət etməzdən əvvəl Yaponiyanın Okinava adasının cənub sahillərinə yaxınlaşacağı gözlənilir. Meteoroloqlar qasırğanın güclü yağış və tufan gətirəcəyini proqnozlaşdırırlar.

Yerli sakinlərə dənizə getməmək və ayıq-sayıq olmaq tövsiyə olunur.

Xatırladaq ki, "Funq Vonq" qasırğası Filippinin şimal-şərqində böyük dağıntı və itkilərə səbəb olub. Təxminən 1.4 milyon insan əvvəlcədən təxliyə edilib, daha bir milyon insan isə qasırğadan sonra ərazidən köçürülüb.

Son məlumatlara görə, qasırğa azı 25 nəfərin həyatına son qoyub.


SON XƏBƏRLƏR

11 Noyabr 2025