• Bakı 24° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Hüquqi şəxslərin depozitləri niyə azalır?

İQTİSADİYYAT

09 Iyun 2026 | 13:38

Hüquqi şəxslərin depozitləri niyə azalır?

Hüquqi şəxslərin depozitlərində müşahidə olunan azalmaların ÜDM-nin azalması ilə qəti əlaqəsi yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

"Bəzi hallarda hesab qalıqları müəyyən tarixlər üzrə izlənilir və bu zaman 7 faizə qədər azalma kimi göstəricilər qeydə alına bilər. Lakin bu, davamlı tendensiyanı əks etdirmir. Çünki müəyyən dövrlərdə aparılan ödənişlər və əməliyyatlar nəticəsində qısamüddətli dəyişikliklər yaranır və növbəti dövrlərdə bu göstəricilər əvvəlki səviyyəyə qayıdır. Buna görə də hüquqi şəxslərin depozitlərindəki bu cür dəyişiklikləri ümumi azalma kimi qiymətləndirmək düzgün deyil və burada hər hansı fundamental mənfi faktor mövcud deyil"- deyə o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026