• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İlham Əliyev: İtkin düşmüş şəxslərin taleyi Ermənistanla etimadın gücləndirilməsi üçün mühüm məsələdir

SİYASƏT

07 Oktyabr 2026 | 10:46 | Müəllif: Əli Hüseynov

İlham Əliyev: İtkin düşmüş şəxslərin taleyi Ermənistanla etimadın gücləndirilməsi üçün mühüm məsələdir

Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi, eyni zamanda həyata keçirdiyi ardıcıl siyasət Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlıq üçün tarixi imkan yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.

Dövlət başçısı qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, habelə iki ölkə arasında sülh sazişinin paraflanması bu istiqamətdə atılmış mühüm addım idi:

"Dayanıqlı sülhün bərqərar edilməsi siyasi razılaşmalarla yanaşı, etimadın möhkəmləndirilməsini və münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasını tələb edir. İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi bu prosesin ayrılmaz hissəsidir və ailələr qarşısında mənəvi məsuliyyətimizdir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026