• Bakı 17° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Bu hücumun cavabı veriləcək - Ekspert

Gündəm

27 Yanvar 2023 | 13:19

Bu hücumun cavabı veriləcək - Ekspert

“Tehrandakı səfirliyimizə xain hücum terror hadisəsidir və İran rəsmilərinin “şəxsi münaqişə zəmini” ilə bağlı açıqlamaları absurddur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu bildirib.

Onun sözlərinə görə, hazırda hücumla bağlı İran mediasında yayılan məlumatlar da dezinformasiya xarakteri daşıyır və aldadıcı xarakterə malikdir: "Bu səbəbdən həmkarlarımızdan hücumla bağlı İran mediasında yayılan xəbərlərə münasibətdə diqqətli olmalarını xahiş edirəm”.

Ekspertə görə, hücüm anı ilə bağlı yayılan videogörüntülərdən müşahidə etmək olar ki, bu terror əvvəldən planlaşdırılıb və düşünülüb:

“Hücum edən şəxs xüsusi təlim keçmiş və silahla peşəkarcasına davrana bilən biridir. Hücumun gedişatından görmək olur ki, səfirlik binasına daxil olan şəxs konkret olaraq səfirlik əməkdaşlarını qətl etmək, terror törətmək məqsədi ilə ora daxil olub.

Digər tərəfdən, hücum zamanı səfirliyin ətrafının qorunmaması məsələsi ciddi şübhələr yaradır. Halbuki, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Vyana Konvensiyası mövcuddur və diplomatik fəaliyyət Vyana Konvensiyası əsasında tənzimlənir. Konvensiyanın maddələrinə əsasən, səfirlik binaları toxunulmazdır və bu toxunulmazlığı səfirliyin yerləşdiyi ölkə təmin etmə öhdəliyi daşıyır”.

V. Zifəroğlu bildirib ki, bu hücum Azərbaycana təhdid xarakteri daşıyır:

“Amma anlamırlar ki, belə təhdidlərlə nəyəsə nail olmaq olmaz. Heç şübhəsiz ki, bu hücumun cavabı veriləcək!

Bildiyiniz kimi, hər ölkənin səfirliyi beynəlxalq hüquq nöqteyinəzərdən toxunulmazdır və yerləşdiyi ərazi həmin ölkənin ərazisi hesab edilir. Vətənimizin bu kiçik parçasına edilən xaincəsinə saldırı nəticəsində qəhrəmancasına şəhid olan səfirlik əməkdaşımıza Allahdan rəhmət, yaralımıza acil şəfa diləyirik”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

19 Aprel 2024