Fransanın Kann şəhərində keçirilən 79-cu Kann Film Festivalının qalibləri bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, builki əsas mükafat – “Qızıl Palma Budağı” rumıniyalı rejissor Kristian Munjiunun “Fyord” filminə təqdim olunub.
Festivalın digər qalibləri isə bunlardır:
“Böyük Mükafat” (Grand Prix) — “Minotavr” — Andrey Zvyagintsev
Münsiflər Heyətinin Mükafatı — “Xəyal Edilən Macəra” — Valeska Qrizbax
Ən yaxşı rejissor — Pavel Pavlikovski (“Vətən”) və Xavyer Kalvo – Xavyer Ambrossi dueti (“Qara Top”)
Ən yaxşı aktrisa — Virjini Efira və Tao Okamoto (“Birdən-birə”)
Ən yaxşı aktyor — Valentin Kampan və Emmanuel Makia (“Qorxaq”)
Ən yaxşı ssenari — Emmanuel Marr (“Öz Dövrünün Adamı”)
Bakı 




