• Bakı 21° C

    7.04 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Mövlud Çavuşoğlu: “Azərbaycan tək deyil”

Gündəm

27 Yanvar 2023 | 11:31

Mövlud Çavuşoğlu: “Azərbaycan tək deyil”

“Azərbaycan heç vaxt tək deyil”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

O, Tehrandakı səfirliyə hücumla bağlı Azərbaycana başsağlığı verib: “Can Azərbaycanın Tehran səfirliyinə olan hücumu lənətləyirəm. Şəhid qardaşımıza Allah rəhmət eləsin”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.


SON XƏBƏRLƏR

23 Aprel 2024