• Bakı C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı

CƏMİYYƏT

16 Avqust 2022 | 10:31

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla” əmri verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Rauf Hüseynovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, R.Hüseynovun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib.


SON XƏBƏRLƏR

28 Mart 2024