• Bakı 15° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Özbəkistanda polislər turistlərin mühafizəçisi olacaq

DÜNYA

11 Sentyabr 2026 | 19:00 | Müəllif: Subhan Mahmudov

Özbəkistanda polislər turistlərin mühafizəçisi olacaq

Özbəkistanın hüquq-mühafizə orqanlarının əməkdaşları turistlərin təhlükəsizliyini təmin etmək üçün onlara cangüdən xidmətləri göstərə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Təhlükəsizlik Departamenti yeni xidmət növlərini təqdim edib. Xüsusilə, müzakirələr əcnəbi turistlərin, rəsmi nümayəndə heyətlərinin, biznes nümayəndələrinin və ölkənin digər qonaqlarının şəxsi təhlükəsizliyinin təmin edilməsi məqsədilə mühafizəçi xidmətlərindən istifadə məsələləri ətrafında aparılıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, bu xidmət əcnəbilərin səyahətləri zamanı təhlükəsizliyini təmin edəcək, bütün riskləri əvvəlcədən qiymətləndirəcək.

Həmçinin xidmət əməkdaşları marşrut boyunca təhlükəsizlik tədbirlərini təşkil edəcək və fövqəladə hallar zamanı dərhal öz addımını atacaq./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR