Cümhuriyyət Xalq Partiyasının sabiq sədri Özgür Özəl və tərəfdarları Türkiyə Böyük Millət Məclisinə yürüş edir.
Bakıvaxtı.az bu barədə Türkiyə KİV-ə istinadla xəbər verir.
Mətbuat nümayəndələrinə açıqlamasında o bildirib ki, mübarizəsi sona qədər davam edəcək.
Qeyd edək ki, Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankaradakı baş qərargahı ətrafında gərginlik davam edir.
Məhkəmə qərarı ilə yenidən CHP-nin sədri postuna bərpa olunan Kamal Kılıçdaroğlu partiya üzvlərinin polisə müqavimət göstərməməsini və binanın yeni heyətə təhvil verilməsini tələb edib. Keçmiş sədr Özgür Özəl və tərəfdarları isə binanı tərk etməyəcəklərini bildirib.
Əli Hüseynov
Bakı 




