• Bakı 19° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Partiya sədrinin başına sarımsaq atdılar - VİDEO

DÜNYA

12 Sentyabr 2026 | 00:21 | Müəllif: Subhan Mahmudov

Partiya sədrinin başına sarımsaq atdılar - VİDEO

Fransada sağçı “Milli Birlik” partiyasının lideri Jordan Bardella ölkənin şərqində kənd təsərrüfatı yarmarkasında seçicilərlə görüşərkən insidentlə qarşılaşıb.

Bakıvaxtı.az “Le Parisien” nəşrinə istinadla xəbər verir ki, hadisə Bokruassan kommunasında baş verib.

Siyasətçi izdihamın arasından keçərək avtoqraf payladığı və tərəfdarları ilə selfi çəkdirməyə çalışdığı vaxt naməlum şəxs onun başına sarımsaq fırladıb. Zərbədən dərhal sonra təhlükəsizlik xidmətinin əməkdaşları siyasi liderin ətrafını əhatəyə alaraq onu mühafizə ediblər.

Məlumata görə, kütlə baş verənlərə etiraz etsə də, Bardellanının gəlişindən əvvəl bəzi ticarətçilər sıxlığın onların gəlirlərinə mənfi təsir göstərəcəyindən narazılıqlarını bildirmişdilər.

Xatırladaq ki, bu, sağçı liderə qarşı ilk belə hücum deyil. Ötən ilin payızında Muassak şəhərində “Fransızlar nə istəyir?” kitabının təqdimatı zamanı 70 yaşlı bir kişi Bardellaya yaxınlaşaraq onun başında yumurta sındırmışdı. Həmin şəxs polis tərəfindən dərhal saxlanılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026