• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

"Qarabağ" - "Malmö" matçının biletləri bu gün satışa çıxacaq

İDMAN

27 Sentyabr 2024 | 09:59

Qarabağ - Malmö matçının biletləri bu gün satışa çıxacaq

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq “Qarabağ” - “Malmö” (İsveç) oyununun biletləri bu gün, saat 12:00-dan etibarən satışa çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, klubun mətbuat xidmətindən  verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Malmö" görüşü oktyabrın 3-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.


SON XƏBƏRLƏR