Qırmızı Ürəklər Fondunun 8 Noyabr – Zəfər Günü münasibətilə həyata keçirdiyi “Zəfər Payı” xeyriyyə aksiyası yekunlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, aksiya çərçivəsində Birbank mobil tətbiqi üzərində593 yardımsevərin ianəsi ilə ümumilikdə 10 503 manat vəsait toplanılıb. Toplanan məbləğlə ərzaq paketləri hazırlanıb və fondun könüllüləri tərəfindən 252 aztəminatlı qazi ailəsinə çatdırılıb.
Qeyd edək ki, “Zəfər payı” aksiyası 31 oktyabr – 8 noyabr 2025-ci il tarixlərində həyata keçirilib. Aksiyanın məqsədi Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara dəstək olmaq, xalqımızın yardımlaşma ənənəsini yaşatmaqdır.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.
Bakı 


png-1763122946.png)
