• Bakı 16° C

    1.04 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Şabranda taxıl sahəsində başlayan yanğın söndürülüb

CƏMİYYƏT

16 Avqust 2022 | 09:19

Şabranda taxıl sahəsində başlayan yanğın söndürülüb

Şabranda biçilmiş taxıl sahəsində başlayan yanğın söndürülüb.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, dünən günorta saatlarından Şimal bölgəsində və bir neçə ərazidə yanğın məlumatları daxil olub.

Onun sözlərinə görə, havanın isti və küləkli olması yanğınların genişlənərək digər ərazilərə keçməsinə səbəb olub.

“Bütün bunlar nəzərə alınaraq hadisə yerinə yerli qüvvələrlə yanaşı Bakı və Sumqayıtdan canlı qüvvə, texnika ilə yanaşı bir helikopter hadisə yerinə cəlb edilib. Görülmüş operativ tədbirlər nəticəsində Siyəzən, Quba, Qusar rayonlarında baş verən yanğınlar qısamüddətdə söndürülüb”.

Füzuli Əsədovun sözlərinə görə, gecə saatlarında Xaçmazın dörd kəndindəki, Şabranda geniş ərazini əhatə edən yanğın tam söndürülüb.

Hadisə nəticəsində Xaçmazda 40, Şabranda idə 500 hektara yaxın ərazi yanıb.

“Meşə və açıq ərazilərdə baş verən yanğınların əsas səbəbi insan amilidir. Ehtimal olunur ki, ehtiyatsızlıq və qəsdən yandırılma ehtimal onuru ki, bu istiqamətdə araşdırma aparılır”,- deyə nazirlik rəsmisi bildirib.

Ümumilkdə yanğınların söndürülməsinə 20-dən artıq texnik 200-dən artıq şəxsi heyət cəlb olunub/apa/.


SON XƏBƏRLƏR