• Bakı 22° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Səhər su içmək sağlamlıq üçün faydalı vərdişdir

CƏMİYYƏT

16 Avqust 2022 | 07:14

Səhər su içmək sağlamlıq üçün faydalı vərdişdir

Səhər yuxudan oyandıqdan sonra su içmək sağlamlıq üçün faydalı vərdişdir.

Bakıvaxtı.az xəbər verir ki, bu, həkimlərin gəldiyi qənaətdir.

Genetik Viki Godfri hesab edir ki, səhər su içmək vərdişi orqanizmin sağlamlığının qorunub saxlanmasının açarıdır, eyni zamanda, uzun ömür yaşamaq şanslarını artırır. Onun sözlərinə görə, səhər oyandıqdan sonra su içmək daha uzun ömür sürmək şanslarınızı artırmaq üçün təsirli bir yoldur.

Su içməyin faydası barədə çox adamın məlumatı olsa belə, əslində, kifayət qədər maye qəbul edənlər azdır. Ekspert bildirib ki, təxminən hər altı yetkin insandan biri kifayət qədər su içmir, bu rəqəm insanların 60 və daha yuxarı yaş həddinə çatdıqca artır.

Gecə ərzində maye qəbul etməmiş hüceyrələri su ilə təmin etmək üçün səhər oyandıqdan sonra otaq temperaturunda su içmək tövsiyə olunur. Ekspertə görə, bu, səhər vərdişinin başqa bir faydası ondan ibarətdir ki, o, immun sisteminin mühüm hissəsi olan limfa sistemini tarazlamağa kömək edir: "İmmun funksiyamız güclü olduqda, xəstəliklərdən qorunma səviyyəsi artır - bu, ömrün uzunluğuna müsbət təsir göstərir".

"Uzunömürlülüyü təşviq edən başqa bir səhər vərdişi - səhər saat 9-da piyada gəzməkdir. Bu, möhkəm sağlamlıq üçün vacib olan D vitamininin səviyyəsini qoruyub saxlamağa effektiv kömək edir", - deyə Viki Godfri əlavə edib.

Aytac Aslan


SON XƏBƏRLƏR

19 Aprel 2024