• Bakı 16° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Azərbaycan maliyyə sektorunda dayanıqlı inkişaf siyasəti həyata keçirir

İQTİSADİYYAT

12 Noyabr 2025 | 14:04

Azərbaycan maliyyə sektorunda dayanıqlı inkişaf siyasəti həyata keçirir

Azərbaycan maliyyə sektorunda dayanıqlı inkişaf siyasəti həyata keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Azəbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal Bakıda keçirilən “ASM 2025 Launch Seminar”da çıxışı zamanı deyib.

    O əlavə edib ki, Azərbaycan hökuməti maliyyə sektorunun dayanıqlı inkişafı üzrə 2023–2026-cı illəri əhatə edən siyasət və yol xəritəsini icra edir. Azərbaycan həmçinin milli “yaşıl taksonomiya”nın formalaşdırılması üzərində mühüm işlər görür. Bu işlərin məqsədi müxtəlif yurisdiksiyalar üzrə taksonomiya anlayışları və təriflərində uyğunluğun təmin edilməsidir.

    “Bu istiqamətdə görülən işlər beynəlxalq səviyyədə ardıcıllığın və anlayış birliyinin yaradılmasına xidmət edir,” – deyə ölkə direktoru qeyd edib.


    SON XƏBƏRLƏR