• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

İnstitutdan açıqlama: Elektron sistemdə texniki nasazlıq yaranıb

CƏMİYYƏT

08 Oktyabr 2026 | 11:51 | Müəllif: Zeynəb Rzayeva

İnstitutdan açıqlama: Elektron sistemdə texniki nasazlıq yaranıb

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr yaranıb.

Bakıvaxtı.az-a İnstitutdan bildirilib ki, yaranmış vəziyyət TƏBİB-in elektron sistemində baş verən texniki nasazlıqla əlaqədardır.

Qeyd olunub ki, sistemdə yaranan nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və tibbi xidmətlərdən yararlanması prosesində müvəqqəti gecikmələr və növbələr müşahidə olunur.

“Elektron sistem tam bərpa olunduqdan sonra xidmət prosesinin əvvəlki qaydada davam edəcəyi və vəziyyətin normallaşacağı gözlənilir”, – deyə İnstitutdan bildirilib.

Yaranmış narahatlığa görə pasiyentlərdən üzr istənilib və onlardan anlayış göstərmələri xahiş olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026