Uşaq və yeniyetmələr üçün onkoloji xəstəliklərin müalicəsi 2027-ci ildən etibarən İcbari Tibbi Sığorta proqramına daxil ediləcək. Bu istiqamətdə artıq müvafiq layihə hazırlanır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - gələn ilin büdcə zərfinin III oxunuşda müzakirəsində bildirib.
Əli Əsədov bildirib ki, gələn ildən icbari sığorta çərçivəsində ürək-damar xəstəliklərinin, 2028-ci ildən mədə-bağırsaq xəstəliklərinin, 2029-cu ildən isə tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman xərcləri sığorta ödənişləri ilə təmin olunacaq.
O əlavə edib ki, əhalinin sağlamlığının qorunması, yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsi və dərman təminatı üçün səhiyyə xərclərinə 2 milyard manatdan çox vəsait ayrılıb.
Əli Hüseynov
Bakı 



