• Bakı 17° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Vətəndaşların sağlamlığına zərər vuran xəstəxana MƏHKƏMƏYƏ VERİLDİ

30 Iyun 2022 | 11:27

Vətəndaşların sağlamlığına zərər vuran xəstəxana MƏHKƏMƏYƏ VERİLDİ

“Tofiqoğlu Tibb Mərkəzi” MMC məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalardır.

Belə ki, “Tofiqoğlu Tibb Mərkəzi” barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib olunub.

İş Xaçmaz Rayon Məhkəməsi hakim Sərxan Səmədzadənin icraatına verilib.

Qeyd edək ki, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması ilə bağlı bu maddəyə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

24 Aprel 2024