• Bakı 21° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Yaxın vaxtlarda Azərbaycan BMT-yə hesabat təqdim edəcək

SİYASƏT

23 May 2022 | 12:22

Yaxın vaxtlarda Azərbaycan BMT-yə hesabat təqdim edəcək

“Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə çox böyük önəm verir”.

Bakıvaxtı.az-ın xəbərinə görə, bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ofisinin müşaviri Şəms Mustafayeva "Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti bu yaxınlarda yeni hesabatını BMT-yə təqdim etməyə hazırlaşır: "Bu da onu göstərir ki, Azərbaycan hökumətinin dayanıqlı inkişafda sadəqəti çox möhkəmdir. Hökumət məsələni çox ciddi qəbul edir. Düşünürəm ki, 2030-cu ilə qədər Azərbaycan bu məsələlərdə dünyada ən qabaqcıl ölkələrdən biri olacaq".


SON XƏBƏRLƏR

23 Aprel 2024