• Bakı 16° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Yunanıstanın Ermənistana siyasi-hərbi dəstəyi artır - Politoloq

DÜNYA

27 Sentyabr 2022 | 15:51

Yunanıstanın Ermənistana siyasi-hərbi dəstəyi artır - Politoloq

“Ermənistan Zəngəzura hərbi texnikalar yığmaqla növbəti dəfə təxribata əl ata bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, Fransa və Yunanıstan Ermənistana bu avantürada dəstək verir% "Hətta Yunanıstan Ermənistana 1997-ci ildə bağlanmış müqaviləyə əsasən, hərbi təlimatçılarını göndərir və ikitərəfli hərbi yardım edilməsini müzakirə edirlər. Yunanıstan məhz Türkiyə faktoruna görə Ermənistana dəstək olur. Amma, baş verənlər Ermənistanın əleyhinə işləyəcək”.

Ekspert qeyd edib ki, Yunanıstanın xarici işlər naziri Ermənistana səfər edib:

“İkitərəfli siyasi əlaqələr müzakirə ediləcək. Ermənistan Yunanıstandan ABŞ silahlarının ölkəsinə idxalında maraqlıdır. Yunanıstanın belə bir silahları Ermənistana ötürməsi də istisna deyil. Yunanıstan hazırkı siyasəti ilə regionda sülhə və təhlükəsizliyə zərbə vurur. Türkiyə Ermənistan və Azərbaycan Ermənistan əlaqələrinin normallaşmasına qarşı addımlar atır”.

M.Əsədullazadə bildirib ki, həmçinin Azərbaycanla son günlər baş verənlər hərbi böhran əsas müzakirə predmeti olacaq:

“Əgər, Yunanıstan Ermənistana hərbi dəstək olacaqsa, Azərbaycan Şimali Kipr Türk Respublikasını rəsmən tanımalı və Yunanıstana qaz verilişini dayandırmalıdır. Yunanıstan həm qardaş Türkiyəyə qarşı, həm də Azərbaycana qarşı cəbhədə fəal iştirak edir. Azərbaycan və Türkiyə tandemi Ermənistan və Yunanıstan iş birliyinə qalib gələcək. Azərbaycan Yunanıstana rəsmi xəbərdarlıq etməlidir”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR