• Bakı 11° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

11 min il həbs cəzası verilən məşhur birja qurucusu həbsdə ölü tapıldı
DÜNYA
02 Noyabr 2025 | 17:42

11 min il həbs cəzası verilən məşhur birja qurucusu həbsdə ölü tapıldı

Türkiyənin Tekirdağ şəhərindəki 1 nömrəli həbsxananın təkadamlıq kamerasında "Thodex" kriptovalyuta birjasının təsisçisi Faruk Fatih Özerin meyiti tapılıb. 

Bakıvaxtı.az xəbər verir ki, o, hamamda asılı vəziyyətdə olub. Hazırda intihar əsas fərziyyə olsa da, Tekirdağ prokurorluğu araşdırmaya başlayıb.

Özer "cinayətkar təşkilat yaratmaq, rəhbərlik etmək və iştirak etmək", "fırıldaqçılıq" və "çirkli pulların yuyulması" ittihamları ilə 11 min 196 il 10 ay 15 gün həbs cəzasına məhkum edilmişdi.

"Thodex" kriptovalyuta birjasının çoxsaylı insanları aldatdığı iddia edilir. Özer 30 avqust 2022-ci ildə Albaniyada həbs olunaraq Türkiyəyə gətirilib.


SON XƏBƏRLƏR

02 Noyabr 2025
01 Noyabr 2025