• Bakı 29° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

3-cü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
MEDİA
20 Iyul 2025 | 10:55

3-cü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Forum çərçivəsində “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı”, “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi”, “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Xatırladaq ki, iyulun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələr iştirak edir. Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.

Açılış mərasimindən sonra Forum işini sessiyalarla davam etdirəcək.

Forum çərçivəsində iştirakçıların Ağdam rayonuna və Laçın şəhərinə səfərləri də nəzərdə tutulur.


SON XƏBƏRLƏR

19 Iyul 2025