• Bakı 33° C

    4.93 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Bu marşrut xəttini Xaliq Faiqoğlu aldı
CƏMİYYƏT
19 Iyul 2025 | 17:51

Bu marşrut xəttini "Xaliq Faiqoğlu" aldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən müsabiqəyə əsasən, 170 nömrəli avtobus marşrutu üzrə qalib olan hüquqi şəxs "Xaliq Faiqoğlu" MMC iyulun 20-dən xəttin istismarını həyata keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 170 nömrəli marşrut xətti üzrə 15 avtobus 8 dəqiqə hərəkət interval ilə sərnişinlərə xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.

Məlumata görə, ictimai nəqliyyat sahəsində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.


SON XƏBƏRLƏR

19 Iyul 2025