• Bakı 27° C

    3.78 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Ermənistanda konyak zavodunun vergidən yayınması faktı üzrə cinayət işi açılıb
DÜNYA
17 Iyul 2025 | 17:19

Ermənistanda konyak zavodunun vergidən yayınması faktı üzrə cinayət işi açılıb

Ermənistan İstintaq Komitəsi "Proşyan" konyak zavodunun xüsusilə iri məbləğdə vergidən yayınması faktı üzrə cinayət işi açıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i quruma istinadən məlumat yayıb.

Müəssisənin iki əməkdaşına ittiham irəli sürülüb. Onlardan birinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bəzi məlumatlara görə, şirkətin baş mühasibi də məsuliyyətə cəlb olunub.

Cinayət işi haqqında məlumat Rusiyada saxta erməni konyaklarının payının 85 %-ə qədər artması barədə xəbərlər fonunda ortaya çıxıb.


SON XƏBƏRLƏR