• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Gürcüstan Rusiyaya gedən avtomobilləri Azərbaycana yönəldib
Gündəm
27 Iyun 2022 | 21:13

Gürcüstan Rusiyaya gedən avtomobilləri Azərbaycana yönəldib

Gürcüstanda Rusiyaya yollanan nəqliyyat vasitələrinin sahibləri Azərbaycanla sərhəddəki "Qırmızı körpü" və "Laqodexi" gömrük məntəqələri vasitəsilə sərhədkeçmə prosedurlarını həyata keçirə bilərlər.

Bakıvaxtı.az "report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Qurum qeyd edib ki, Dəryal dərəsindəki mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki "Kazbeqi" gömrük-keçid məntəqəsi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Hava şəraitinin yaxşılaşması və bərpa-möhkəmləndirmə işlərindən sonra "Kazbeqi" məntəqəsi adi rejimdə fəaliyyətini davam etdirəcək.


SON XƏBƏRLƏR

19 Aprel 2024