2026-cı il parlament seçkilərindən əvvəl Erməni Apostol Kilsəsinin rəhbərliyində dəyişiklik baş verməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.
"Xeyr, bunu seçkilərdən əvvəl siyasiləşdirmək olmaz", - deyə o, kilsə rəhbərinin dəyişdirilməsinin təxirə salınma ehtimalı ilə bağlı suala cavab olaraq vurğulayıb.
Simonyan bütün ermənilərin katolikosu II Qaregini vaxtında istefa verməyə çağırıb:
"O, başa düşməlidir ki, işlərin alternativi olmayan bir nöqtəyə çatmasına imkan verməməlidir. Alternativi olduğu müddətcə bu qərarı özü verə bilər".
Bakı 










