İranın Abadan bölgəsində neft emalı zavodunda yanğın olub.
Bakıvaxtı.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Abadan Neft Emalı Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildiriblər.
Məlumata görə, şirkətin 75 saylı obyektində yanğın baş verib. Yanğınsöndürənlər və əməliyyat qüvvələri yanğını söndürüblər.
Xatırladaq ki, Abadan Neft Emalı Zavodu İranda, eləcə də Yaxın Şərqdəki qədim və böyük neft emalı zavodlarındandır.
Hadisənin səbəbi, dəyən ziyan barədə məlumat yayılmayıb.