• Bakı 29° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

İranda insanları oğurlayan SEPAH zabiti öldürüldü
DÜNYA
20 Iyul 2025 | 19:52

İranda insanları oğurlayan SEPAH zabiti öldürüldü

İranın Saravan bölgəsində SEPAH kəşfiyyatının ən mühüm əməliyyatçılarından biri Oranq Sorizahi öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Şahidlərin dediyinə görə, bir qrup silahlı şəxs Sorizahinin maşınına yaxınlaşaraq onu güllələyiblər.

Oranq Sorizahi həm ölkə daxilində, həm də xaricdə missiyalar yerinə yetirən, müxalifət üzvlərini öldürən və Ceyş əl-Ədl yaraqlılarını ovlayan SEPAH-ın cəza qruplarına rəhbərlik edirdi.

Sorizahi 2014-cü ildən öz qrupuna rəhbərlik edib və 2022-ci ilin payızında baş verən etirazlar zamanı etirazlarda fəal iştirak edən şəxslərin müəyyən edilərək saxlanmasında mühüm rol oynayıb.

Bundan əlavə, onun dəstəsi insanları qohumlarından pul tələb edərək girov götürüb.

Qeyd edək ki, Sorizahi bundan əvvəl də pusquya düşsə də, onu öldürmək cəhdi uğursuz alınıb.


SON XƏBƏRLƏR

20 Iyul 2025
19 Iyul 2025