• Bakı 26° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Macarıstandan Ukraynaya pul göndərən Aİ büdcəsini qəbul etməyəcəyəm
DÜNYA
19 Iyul 2025 | 19:47

"Macarıstandan Ukraynaya pul göndərən Aİ büdcəsini qəbul etməyəcəyəm"

Macarıstanın baş naziri Viktor Orban Brüsseli Budapeştin xəbərdarlığını ciddi qəbul etməyə çağırıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

O, Macarıstanın Avropa Komissiyasının 2028-2034-cü illər üçün təklif etdiyi Aİ büdcəsini qəbul etməyəcəyini deyib:

"Mən heç vaxt Macarıstandan Ukraynaya pul göndərən Aİ büdcəsini qəbul etməyəcəyəm. Macarıstan fermerlərini məhv edən Aİ büdcəsini heç vaxt qəbul etməyəcəyəm.

Mən heç vaxt Aİ-nin Macarıstanı şantaj qarşısında aciz qoyan büdcəsini qəbul etməyəcəyəm. Mən heç vaxt qəbul etmərəm ki, macarlar yalnız Brüsselin müharibəni, miqrasiyanı və transgender təbliğatını dəstəkləmək siyasətinə tabe olduqları təqdirdə layiq olduqları vəsaiti alsınlar. Yaxşı olardı ki, Brüssel macar cavabını bilsin: Heç vaxt". 


SON XƏBƏRLƏR

19 Iyul 2025