• Bakı 32° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Paşinyan COP17-nin keçiriləcəyi tarixləri açıqladı
DÜNYA
20 Iyul 2025 | 23:05

Paşinyan COP17-nin keçiriləcəyi tarixləri açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyası (COP17) Tərəflərinin 17-ci Konfransının keçiriləcəyi tarixlərin artıq təsdiqləndiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, konfrans 2026-cı il oktyabrın 18-dən 30-dək İrəvanda keçiriləcək.

“Biz Ermənistandakı bütün iştirakçıları və maraqlı tərəfləri biomüxtəlifliyin qorunub saxlanması səylərini birgə inkişaf etdirmək üçün salamlamağı səbirsizliklə gözləyirik”, - deyə o sosial mediada qeyd edib.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətlərinin, o cümlədən hökumətlərin, akademik dairələrin, ətraf mühit təşkilatlarının və biznes qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.


SON XƏBƏRLƏR

20 Iyul 2025
19 Iyul 2025