• Bakı 24° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Taekvondoçularımız Almaniyada məğlub oldu
İDMAN
19 Iyul 2025 | 16:24

Taekvondoçularımız Almaniyada məğlub oldu

Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında taekvondo yarışlarına start verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Azərbaycan millisinin 4 taekvondoçusu mübarizə aparıb.

Xıdır Məmmədov (54 kiloqram), Vaqif Hacıyev (68 kiloqram) və Leyla Bəşirova (57 kiloqram) ilk görüşlərində, Səlimə Quliyeva (46 kiloqram) isə 1/8 finalda məğlub olub.

Stolüstü tennis üzrə qarışıq qoşa yarışlarına qatılan Azərbaycan təmsilçiləri də öz görüşlərini məğlubiyyətlə başa vurublar.

Qeyd edək ki, Universiadaya iyulun 27-də yekun vurulacaq.


SON XƏBƏRLƏR