Türkiyənin ilk qadın yarış şərhçisi Esen Gök evində ölü tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, uzun müddət ondan xəbər tutmayan dostları polisə müraciət edib. Polis aparıcının evinə baxış keçirdikdə E.Gökün cansız bədəni aşkarlayıb.
Onun ölümü ilə bağlı istintaq başladılıb.
Qeyd edək ki, Esen Gök 2019-cu ildə Qazi Yarışı günündə keçirilən Qadın Atçılıq Yarışında şərhçi kimi çıxış edən ilk qadın spiker olub. O, 6 il yarışlarda aparıcılıq edib.(axşam.az)