Vyetnamın mərkəzində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 35-ə çatıb. Bu rəqəm daha əvvəl 28 olaraq açıqlanmışdı.
Bakıvaxtı.az-ın "Xinhua"ya istinadən verdiyi məlumata görə, bu barədə Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması və Bəndlərin İdarə Edilməsi İdarəsi məlumat verib.
Qurum dəqiqləşdirib ki, hazırda beş nəfər itkin düşmüş sayılır, daha 60 nəfər yaralanıb.
Təbii fəlakətdən sonra 16,5 mindən çox ev su altında qalıb, 6,1 min hektardan çox əkin sahəsi və bağ zərər görüb, 75 min evdə hələ də elektrik enerjisi yoxdur.
Vyetnam hökuməti mərkəzdə dörd şəhər və əyaləti dəstəkləmək üçün 450 milyard Vyetnam donqu (təxminən 17,93 milyon dollar) məbləğində təcili yardım fondunun yaradılmasını təsdiqləyib.
Bakı 










