“Fantastik qiymətlər deyirlər, maşallah. Mən də deyəcəm. 1 milyon cinsimdir...(gülür...) 600 min pencəyimdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu müğənni Zeynəb Həsəni “Rəngarəng səhər” verilişində deyib.
Müğənni aparıcının onun geyimləri ilə bağlı verdiyi sualları cavablandırıb. Əvvəlcə efirlərdə geyimlərinin qiymətindən danışan sənət yoldaşlarına söz atan Z.Həsəni sonradan geyimlərinin real qiymətlərini açıqlayıb.
Qeyd edək ki, sözügedən verilişin bir neçə gün öncəki qonağı müğınni Günel Məmmədli (Nəfəs) olmuşdu. Veriliş zamanı Nəfəs geyimlərinin qiymətinin ümumilikdə 8310 manat olduğunu iddia etmişdi.
Onu da bildirək ki, Zeynəblə Nəfəs bir müddətdir küsülüdürlər.
Ziyafət Əlisoy
















