• Bakı 15° C

    3.66 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

3 yaşlı saytın rəhbəri: "Hələ qarşıda çoxlu planlarımız və layihələrimiz var"

MEDİA

02 Sentyabr 2022 | 09:14

3 yaşlı saytın rəhbəri: Hələ qarşıda çoxlu planlarımız və layihələrimiz var

Bu gün Azpost.info saytının 3 yaşı tamam olur.

Bakıvaxtı.az xəbər verir ki, saytın rəhbəri Xaqani Səfəroğlu üç illik fəaliyyətlə bağlı təəssüratlarını bölüşüb:

"2019-cu ildə bu saytı yaradarkən məqsədimiz ağlasığmaz rəqabətin getdiyi onlayn platformada fərqli və maraqlı bir resurs ortaya qoymaq idi.

Buna nail ola bilirkmi?

Bizi yalnız oxucular qiymətləndirə bilər. Bu 3 ildə hər zaman çalışmışıq ki, jurnalist etikasına, peşəkarlığa sadiq qalaq. Fəaliyyətə başlayarkən 2 il Pandemiyanın sərt karantin rejimində çalışdıq. Yeni sayt üçün bu çox böyük sınaq oldu. 44 günlük Vətən Müharibəsi zamanı Azpost.info informasiya savaşının sıralarında yer aldı. Qismətdə Şanlı ordumuzun Qələbə xəbərini xalqa çatdımaq var imiş. Saytı davamlı oxuyan xeyli oxucularımız var. Biz kollektiv adından onlara təşəkkür edirik. Bundan sonra da yeni, maraqlı və rəngarəng yazıları təqdim etmək üçün çalışacağıq. Çox məhdud maliyyə imkanları hesabına ayaqda durduq. MEDİA Agentliyi bu ötən ildə Azpost.info-ya böyük dəstək oldu. İşimizə diqqət yetirən və qiymətləndirən MEDİA-ya təşəkkür edirik. 3 il nədir ki? Hələ qarşıda çoxlu planlarımız və layihələrimiz var. Media bazarında yaxşı rəqabət peşəkar redaksiyaların mövcudluğunu tələb edir. Azpost.info internet qəzet olaraq bu 3 ildə yalnız oxuculara hədəflənib. Bundan sonra da belə olacaq. 

Devizimiz "Xəbəriniz olsun!"dur. 

Bakıvaxtı.az kollektivi Azpost.info-da çalışan həmkarlarını təbrik edir, işlərində daha böyük nailiyyətlər arzulayır


SON XƏBƏRLƏR